Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib

Bakı. TurkicWorld:

Macarıstan parlamenti Konstitusiya Məhkəməsinin sədri olmuş Tamaşa Şuyokanı ölkənin yeni Prezidenti seçib.

TurkicWorld xəbər verir ki, parlamentin yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub.

67 yaşlı Şuyokanın namizədliyini parlamentdəki 199 yerdən 135-ni tutan hakim partiyalar - Macarıstan Vətəndaş Birliyi və Xristian Demokratlar Koalisiyası irəli sürüb. Bu isə onun elə birinci turda qələbəsinin təmin edib.