İsrailə silah göndərmək soyqırımda birbaşa iştirakdır - AP üzvü

İsrailə silah göndərmək soyqırımda birbaşa iştirakdır - AP üzvü

Bakı. TurkicWorld:

İsrailə silah göndərmək soyqırımda birbaşa iştirakdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Avropa Parlamentinin (AP) üzvü Mark Botenqa deyib.

"İsrailin fələstinlilərə qarşı “soyqırım” əməllərinə son qoymaq üçün Avropa hökumətlərinə təzyiq edilməlidir və İsrailə silah göndərilməsi soyqırıma birbaşa şəriklikdir. Qəzzada baş verənlər, uzun müddətdir görmədiyimiz qanlı hücumlar, etnik təmizləmələr, onilliklər ərzində görmədiyimiz dinc əhaliyə qarşı qırğınlardır. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Bütün bunlar açıq şəkildə deyir ki, bu, bütün xalqa qarşı müharibədir",- deyə o bildirib.

Beynəlxalq Ədalət Məhkəməsindəki prosesdən ümidli olduğunu ifadə edən Botenqa qeyd edib ki, ən qısa zamanda atəşkəsə ehtiyacımız var. Bunun üçün hökumətlərimizə təzyiq etməliyik. Biz gördük ki, hökumətlərin mövqeyini Avropanı səfərbər etməklə dəyişmək olar.

Belçikanın İsrailə hərbi texnika ixrac edən fabrikin lisenziyalarını ləğv etdiyini xatırladan Botenqa əlavə edib ki, İrlandiya və İspaniyanın da belə tədbirlərdən danışdığını gördük. İsrailə konkret təzyiq olmasa, heç nə dəyişməyəcək.

"Bu gün hələ də Aİ vasitəsilə, Avropa ölkələrinin ərazisindən İsrailə silahlar gedir. İsrailə silah göndərmək soyqırımda birbaşa şəriklikdir. Gəlin Aİ ilə İsrail arasında assosiasiya sazişinə baxaq. Bu, ticarət-iqtisadi razılaşmadır. Bu, İsrailə Avropa bazarına çıxış imkanı verir. Bu gün müqavilənin legitim olduğunu söyləmək mümkün deyil, çünki müqavilənin özündə insan haqlarından bəhs olunur. İkinci maddədə deyilir ki, bu müqavilə insan hüquqlarına hörmətə əsaslanır. İsrail, insan haqlarına hörmət etmir. Ona görə də müqavilə ləğv edilməlidir”,- deyə Belçikalı deputat Botenqa vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_