İsrail Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına riayət etmir

İsrail Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına riayət etmir

Bakı. TurkicWorld:

Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Naledi Pandor İsrailin Qəzzaya hücumlarını davam etdirərək Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarını pozduğunu bildirib.

TurkicWorld-un məlumatına görə, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı Xarici İşlər Nazirləri İcraiyyə Şurasının iclası zamanı mətbuata açıqlama verib.

“Biz inanırıq ki, Qəzzada, İordan çayının qərb sahilində və hazırda Rəfahda baş verənlər işğal olunmuş Fələstin ərazilərində soyqırımın baş verdiyinə dair Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyimiz iddiaları və İsrailin hərəkətlərini təsdiqləyir. Hökumət dediklərimizin doğru olduğunu açıq şəkildə sübut edir”,- deyə nazir qeyd edib.

Pandor bildirib ki, həqiqətən də dünyanı narahat edən, İsrailin bu qərarlara məhəl qoymamasına icazə verilməsi və günahsız mülki insanları qorumaq üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi tədbirlərin görülməməsidir.

Fələstində jurnalistlərin hədəfə alınmasını pisləyən Pandor əlavə edib ki, Afrikadakı qarşıdurmada 170-dən çox jurnalist öldürülsəydi, bütün dünya və medianın bundan danışacağını təsəvvür edə bilərəm. İsrail bunu edəndə bu, məqbul sayılır.

Nazir, bu həftə Cənubi Afrika Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) İsrailin Rəfah şəhərinə planlaşdırdığı hücumun səbəb olacağı geniş miqyaslı qətllər, zərər və dağıntılar səbəbindən təcili yeni tədbirlər görməsini istəyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.