Bakı. TurkicWorld:
Seçkilər ərəfəsində ABŞ vətəndaşları artıq ölkənin hazırkı prezidenti Co Baydeni vəzifədə görmürlər.
TurkicWorld xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.
Məqalədə deyildiyi kimi, Ağ Ev rəhbərinin əsas problemi ondan ibarətdir ki, bəzi uğurlarına baxmayaraq, amerikalılar onu “qlobal dövlət xadimi”, “çətin vaxtlarda ölkənin təsəllivericisi”nin təcəssümü kimi görmürlər.
“Sosioloqların və analitiklərin fikrincə, Baydenin səhvləri ona olan münasibətə əvvəlki prezidentlərin səhvləri onların imicinə rəng qatdığından daha çox təsir edə bilər. Təkcə ona görə deyil ki, 81 yaşlı Bayden ölkənin ən yaşlı prezidentidir, həm də ona görə ki, o, imic yaratmayıb", - nəşr yazır.