Türkiyə Rusiya ilə əməkdaşlığında müstəqil mövqe tutan nadir ölkələrdən biridir - Peskov

Türkiyə Rusiya ilə əməkdaşlığında müstəqil mövqe tutan nadir ölkələrdən biridir - Peskov

Bakı. TurkicWorld:

Türkiyə Rusiya ilə əməkdaşlığında Qərbin təsirlərinə baxmayaraq müstəqil mövqe tutan nadir ölkələrdən biridir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

"Qərb dövlətlərinin Türkiyəyə təzyiqlərinə baxmayaraq, Türkiyə, Moskva ilə münasibətlərini davam etdirmək üçün müstəqil yanaşmasını davam etdirir. Türkiyə bu mövzuda çox prinsipial və müstəqil mövqe tutan, ticari və iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biridir",- deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin 12 fevral tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsi, İsrailin Qəzzaya hücumları və Qırmızı dənizdəki hadisələr də daxil olmaqla, regional və qlobal məsələləri müzakirə edəcəyi gözlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_