Lavrov Paşinyanın təklifini məntiqsiz adlandırıb

Lavrov Paşinyanın təklifini məntiqsiz adlandırıb

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqəsini İran ilə eyni şərtlərdə təmin etməyə hazır olduğu ilə bağlı açıqlamasını məntiqsiz adlandırıb.

TurkicWorld xəbər verir ki, Rusiya XİN rəhbəri bu barədə mətbuat konfransında deyib.

"Mən burada heç bir məntiq görmürəm. Bu marşrutları müqayisə etmək yersizdir", - o deyib.

Lavrov qeyd edib ki, 2021-ci ildə Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində yaradılan üçtərəfli işçi qrup çərçivəsində müəyyən edilib ki, bütün kommunikasiya və marşrutlar açılan zaman, ərazisindən istənilən bu cür marşrutun keçdiyi ölkə öz ərazisində bu marşrutlar üzərində suverenliyini və yurisdikasiyasını tam qoruyub saxlayır.

"2023-cü ilin iyun ayında işçi qrup çərçivəsində dəmir yolları ilə bu cür kommunikasiyanın bərpası barədə razılıq əldə olundu. Lakin sonra hamısı necəsə yox oldu. Bu cür yayınmalar tez-tez baş verir. Bilmirəm, bu razılaşmaları yekunlaşdırmağa nə mane oldu. Qərbli dostların "xeyirxah" məsləhətləri həmişə Cənubi Qafqazda olur. Qərbin məsləhətləri öz maraqlarını qorumağa yönəlib", - deyə Lavrov əlavə edib.