"SpaceX" yeni internet peyklər buraxıb

"SpaceX" yeni internet peyklər buraxıb

Bakı. TurkicWorld:

Amerikalı milyarder İlon Maskın sahib olduğu "SpaceX" şirkəti "Starlink" sisteminin qlobal internet şəbəkəsini tamamlamaq üçün orbitə 23 internet peyki buraxıb.

TurkicWorld xəbər verir ki, bu barədə "SpaceX" məlumat verib.

Məlumata görə, mini peykləri orbitə "Falcon 9" raket daşıyıcısı çıxarıb.

Raket ABŞ-nin Florida ştatında ABŞ Kosmik Qüvvələrinin bazasında 40-cı start kompleksindən buraxılıb. Təqribən 1 saat sonra peyklər orbitə buraxılıb.

Qeyd edək ki, "SpaceX" indyədək orbitə artıq 5,7 mindən çox bu cür peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən kənarlaşıb. 5,3 mindən çox cihaz orbitdə işlək vəziyyətdədir.

"SpaceX" şirkəti dünyanın ən böyük peyk operatorudur. "Starlink" internet şəbəkəsi dünyanın 70 ölkəsində, o cümlədən Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatlarına görə, bu peyklərin xidmətlərindən ABŞ hərbçiləri də istifadə edirlər.