Rusiya ilə Səudiyyə Ərəbistanı "OPEC+" çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Rusiya ilə Səudiyyə Ərəbistanı "OPEC+" çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Əbu-Dabidə keçirilən danışıqlarda "OPEC+" çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Onlar yenidən OPEC+ çərçivəsində əməkdaşlıq haqqında danışıblar. Tərəflər razılaşıblar ki, beynəlxalq enerji bazarını lazımi səviyyədə, sabit, proqnozlaşdırıla bilən vəziyyətdə saxlamaq üçün ölkələrimiz qarşılıqlı fəaliyyət üçün böyük məsuliyyət daşıyırlar", - deyə o bildirib.

D.Peskov qeyd edib ki, bu əməkdaşlıq davam edəcək.