Rəcəb Tayyib Ərdoğan Fransa prezidentini Türkiyəyə dəvət edib

Rəcəb Tayyib Ərdoğan Fransa prezidentini Türkiyəyə dəvət edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu Türkiyəyə dəvət edib.

TurkicWorld xəbər verir ki, "G20" sammiti çərçivəsində iki liderin səmimi söhbəti görüntülənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransına daxil olarkən Fransa prezidenti ilə qarşılaşıb. Makron Ərdoğana Liviya məsələsini müzakirə etmək istədiyini bildirib. Ərdoğan isə cavabında Fransa prezidentini Türkiyəyə dəvət edib. Fransa prezidenti Ərdoğanın təklifinə müsbət cavab verib.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanı cənginə alan "Daniel" siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.

Qeyd edək ki, Liviyaya yardım göndərən ölkələr arasında qardaş Türkiyə də yer alıb.