Polşa Amerikanın tank əleyhinə portativ raket sistemini istehsal edəcək

Polşa Amerikanın tank əleyhinə portativ raket sistemini istehsal edəcək

Bakı. TurkicWorld:

Polşa Silah Qrupu (PGZ) müəssisələri Amerikanın tank əleyhinə FGM-148F “Javelin” raket sistemini istehsal edəcək.

TurkicWorld xəbər verir ki, sentyabrın 6-da Keltsdə keçirilən müdafiə sərgisində “Raytheon” və “Lockheed Martin” şirkətləri ilə əməkdaşlıq haqqında saziş imzalanıb.

Saziş, həmçinin Varşava yaxınlığındakı Zelenkada “Mesko” və “Wojskowy Zakłady Elektroniczne” (Hərbi elektronika zavodu) zavodları da daxil olmaqla, “Javelin” TPRS-nin gələcək istehsalında bir neçə polyak müəssisəsinin iştirakını nəzərdə tutur.

Polşa silah sənayesinin nümayəndələri qeyd ediblər ki, amerikalı şirkətlərlə əməkdaşlığın başlaması “Pirat” kod adlı layihəmiz üzərində işin dayandırılması demək deyil.

Bu layihəyə yüngül tank əleyhinə sistemin işlənib hazırlanması daxildir ki, bu sistemdə raket lazer vasitəsilə hədəfə tuşlanır.

Qeyd edək ki, “Pirat” sisteminin modeli cari ildə Keltsdəki silah sərgisində təqdim olunub.