PKK terror təşkilatı Deyr əz-Zor vilayətində yaşayış məntəqəsinə hücum təşkil edib

PKK terror təşkilatı Deyr əz-Zor vilayətində yaşayış məntəqəsinə hücum təşkil edib

Bakı. TurkicWorld:

PKK terror təşkilatı Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində yaşayış məntəqəsinə hücum təşkil edib.

TurkicWorld-un məlumatına görə, hücum zamanı ölən və yaralananlar var.

Yerli mənbələrdən əldə edilən məlumata görə, PKK/YPG-nin Deyr şəhərinin şərqində ərəb tayfalarının terrordan təmizlədiyi Hacın kəndinə ağır silahlarla hücumu nəticəsində biri uşaq olmaqla 2 mülki vətəndaş həyatını itirib.

Hücum zamanı yaralanan 7-si uşaq olmaqla 13 mülki şəxs xəstəxanalara yerləşdirilib.

Terror təşkilatının qarşıdurmanın mərkəzində olan Deyr əz-Zor vilayətinin şərq və cənub-şərqində ərəb qəbilələri tərəfindən 24 kəndi işğalına avqustun 27-dən son qoyulub.

Xatırladaq ki, ərəb qəbilələri dünən axşam saatlarında Mənbic çölündə 4 kəndi PKK/YPG-dən təmizləyib.

Terror təşkilatı işğal etdiyi bölgələrdə uşaqları zorla öz sıralarına cəlb edir.

PKK/YPG bölgədəki quyuları müsadirə edərək əldə etdiyi nefti ABŞ-ın sanksiyalarına baxmayaraq qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə sataraq terror fəaliyyətlərini maliyyələşdirib.

Hafiz Rufizoğlu