Son dəqiqə

Rusiya Vladimir Putin Yevgeni Priqojin Vaqner qrupu

Sankt-Peterburqda Priqojinin dəfn mərasimi keçirilib

Bakı. TurkicWorld:

Sankt-Peterburqda Vaqnerin qurucusu Yevgeni Priqojinin dəfn mərasimi keçirilib.

TurkicWorld-un məlumatına görə, dəfn mərasimi qapalı keçirilib.

Kremlin sözçüsü Dmitriy Peskov bu gün verdiyi açıqlamada Priqojinin dəfni ilə bağlı qərarların onun yaxınları tərəfindən verildiyini və Rusiya prezidenti Vladimir Putinin mərasimdə iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, avqustun 23-də Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Priqojin də daxil olmaqla özəl təyyarənin Tverdə qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyü bildirib.

Putin təyyarədə həlak olanların ailələrinə başsağlığı verib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər