Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər - ABŞ-ın Minskdəki səfirliyi

Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər - ABŞ-ın Minskdəki səfirliyi

Bakı. TurkicWorld:

Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər.

TurkicWorld-un məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Belarusdakı səfirliyi bəyan edib.

“Polşa, Litva və Latviya hökumətləri Belarusla sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” – deyə bəyanatda qeyd edilib.

Bəyanatda bildirilib ki, ABŞ-ın Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardım məhduddur.

"ABŞ vətəndaşları Belarusa səfər etməməlidirlər." - deyə əlavə edilib.

Bəyanatda ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.

Hafiz Rufizoğlu