Bakı. TurkicWorld:
Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib.
Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.