Son dəqiqə

Azərbaycan Dövlət Yol Polisi

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib

BAKI,TurkicWorld

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib.

TurkicWorld xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Mövzuya görə xəbərlər