BAKI,TurkicWorld
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin Respublika üzrə bütün yollar nəzarətdə saxlanılır. Qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər-hansı problem yoxdur.
Bu barədəTurkicWorld-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur.
"Bakı-Şamaxı-Yevlax magistral yoluna xüsusi təyinatlı texnika və canlı qüvvə cəlb edilib. Yol qar və buz örütüyündən təmizlənir, qum-duz məhlulu səpilir. Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyə olunur",- qurum rəsmisi əlavə edib.







