Son dəqiqə

Laçın Müdafiə Nazirliyi

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib

Bakı, TurkicWorld

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Müdafiə Nazirliyindən TurkicWorld -ə verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər