Özbəkistan və İndoneziya arasında müntəzəm reyslər başlayıb

Özbəkistan və İndoneziya arasında müntəzəm reyslər başlayıb

Bakı. TurkicWorld:

"Özbəkistan Hava Yolları" tərəfindən Özbəkistan və İndoneziya arasında müntəzəm reyslər başlayıb.

TurkicWorld xəbər verir ki, bu haqda "Özbəkistan Hava Yolları"nın mətbuat xidmətindən bildirilib.

Daşkənd - Cakarta - Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə günləri Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək:
HY-541 Daşkənd 09:00 - Cakarta 19:30;
HY-542 Cakarta 21:00 - Daşkənd 03:30 (cümə axşamı).

Məlumat üçün qeyd edək ki, Cakartadan İndoneziyanın Bali adasına rahat birləşdirici reyslər mövcuddur.