Özbəkistanda Şuşa günləri keçirilib

Özbəkistanda Şuşa günləri keçirilib

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov Daşkənddə keçirilən Şuşa Şəhər Günlərinin rəsmi açılış mərasimində iştirak edib.

TurkicWorld xəbər verir ki,Tədbir TÜRKSOY-un təşəbbüsü ilə Şuşa şəhərinin 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi çərçivəsində təşkil olunub.

Qonaqlar və tədbir iştirakçıları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Heydər Əliyevin adından Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Azad və firavan Şuşa” foto sərgisinə böyük maraqla baxıblar.

Məlumat üçün qeyd edək ki, Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekovun sözlərinə görə, bu iki günlük tədbir Azərbaycanın Qarabağ və Şuşa kimi guşələrinin zəngin mədəniyyət, incəsənət, poeziya və turizm imkanlarını təbliğ edəcək, qarşılıqlı mübadilə və mədəniyyətlərin zənginləşməsinə təkan verəcək.

Twitter: @rufizoglu