AzTV arxivi TİKA və TRT-nin dəstəyi ilə rəqəmsallaşdırılır

AzTV arxivi TİKA və TRT-nin dəstəyi ilə rəqəmsallaşdırılır

Bakı, AzerPress:

Azərbaycan Televiziyasının (AzTV) arxivi Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və TRT-nin dəstəyi ilə rəqəmsallaşdırılır.

AzerPress xəbər verir ki, TİKA və TRT-nin birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində TİKA, TRT və AzTV arasında qarşıdakı dövrdə həyata keçiriləcək birgə işlər, rəqəmsallaşdırma, səsin bərpası, o cümlədən filmlərin skan edilməsi ilə bağlı protokol imzalanıb.

Məlumata əsasən, layihənin məqsədi mədəni, bədii, tarixi, siyasi və ictimai əhəmiyyət kəsb edən kino çəkilişlərinin AzTV-nin 67 illik arxivində saxlanılaraq Azərbaycanın vizual yaddaşını formalaşdırmaq və geniş kütlələrə çatdırmaqdır.

Ləman Əsədli
Lamanasadli01