Son dəqiqə

Azərbaycan Türkiyə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə foto sərgi keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Manisa şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə foto sərgi keçirilib.

TurkicWorld DHA-ya istinadən xəbər verir ki, Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.

Sərgidən əvvəl baş konsul Nərminə Mustafayeva və İstanbul konsulu Zaur Allahverdizadə əvvəlcə Manisa Böyükşəhər Bələdiyyə sədri Cengiz Ergünü ziyarət ediblər.

Sərgidə iştirak edən Mustafayeva Türkiyə üçün Atatürk nədirsə, Heydər Əliyev də bizim üçün odur. Onun bizə miras olaraq qoyub getdiyi Azərbaycanı qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə və dünyaya çatdırmaq istəyirik" – deyə o qeyd edib.

Məlumat üçün qeyd edək ki, Cengiz Ergün Baş konsul Mustafayevaya Manisaya m’xsus parçadan hazırlanmış ve içərisində şəhəri tanıdan məhsullar olan çanta hədiyyə edib. Baş konsul Mustafayeva Ergünə Qarabağın endemik strukturunda yerləşən “Xarı Bülbül” gül tikmələri və müxtəlif hədiyyələr də təqdim edib.

Daha sonra baş konsul Mustafayeva və onu müşayiət edən nümayəndə heyəti valilikdə Manisa valisinin müavini Əhməd Yılmaz tərəfindən qarşılanıb. Baş konsul Mustafayeva qubernatorun ziyarət kitabını imzaladıqdan sonra vəzifəsinin icrasına başlayıb.

Mövzuya görə xəbərlər