Parlamentdə qadınların sayı kişilərlə bərabər olarsa Türkiyədə demokratiya daha möhkəm təməllərə dayanacaq – KADEM

Parlamentdə qadınların sayı kişilərlə bərabər olarsa Türkiyədə demokratiya daha möhkəm təməllərə dayanacaq – KADEM

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisində (TBMM) qadın deputatların sayı 50 faizə çatdırılmalıdır.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Qadın və Demokratiya Dərnəyi (KADEM) bildirib.

“Türkiyə əhalisinin yarısını təşkil edən qadınlar bərabər və ədalətli təmsilçilik hüququna malik olmalıdır. Parlamentə qadınların sayının kişilərlə bərabər olarsa Türkiyədə demokratiya daha möhkəm təməllərə dayanacaq”, - deyə dərnəkdən bildirilib.

KADEM, həmçinin, siyası partiyaları qadın millətvəkili namizədlərinə siyahının əvvəllərində yer verməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.