Türkiyə mediası azərbaycanlı xilasedicilərin fəaliyyətini işıqlandırdı

Türkiyə mediası azərbaycanlı xilasedicilərin fəaliyyətini işıqlandırdı

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ bölgəsi olan Kahramanmaraşda 8 mərtəbəli binada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasediciləri və Azərbaycan xilasetmə qrupları axtarış-xilasetmə işlərinə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə "TRT Haber" sujet yayımlayıb.

Qeyd edilib ki, xilasetmə işlərində Azərbaycandan gətirilən "Cuna" və "Luna" axtarış-xilasetmə itlərindən də istifadə olunub.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.