Yaponiyanın axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib

Yaponiyanın axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib

Bakı TurkicWorld

Yaponiya hökumətinin 18 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələ bölgələrində aparılan işlərdə iştirak etmək üçün Türkiyəyə gəlib.

Turkic World-un məlumatına görə, xilasetmə qrupunun rəisi Hideaki Yamamoto Yaponiya olaraq türk xalqının yanında olduqlarını bildirib.

Məlumata görə, xilasetmə qrupu Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə saat 06.20-də Tokiodan İstanbula gəlib.

Qeyd edək ki Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə, yaralananların sayı isə 15 min 834 çatıb.
Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub