Hatay hava limanı bütün uçuşlara bağlıdır - THY

Hatay hava limanı bütün uçuşlara bağlıdır - THY

Bakı. TurkicWorld:

Hatay hava limanı bütün uçuşlara bağlıdır.

TurkicWorld-in məlumatına görə, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.

O, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edilə biləcəyini bildirib.

"Zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün THY-nin Adana, Elazığ və Diyarbəkir səfərləri fasiləsiz davam edir", - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.