Son dəqiqə

İstanbul mütəşəkkil cinayət əməliyyatı

İstanbulda mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib: 5 nəfər saxlanılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən, İstanbul Anadolu Respublika Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində, Anadolu tərəfində fəaliyyət göstərdiyi müəyyən edilən cinayətkar dəstə nəzarətə götürülüb.

TurkicWorld xəbər verir ki, İstanbulun Anadolu tərəfində mütəşəkkil cinayət fəaliyyəti ilə məşğul olan və rəhbərliyi xaricdə olan bir şəxs tərəfindən idarə edilən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda 5 nəfər saxlanılıb. Aparılan texniki və fiziki təqiblər nəticəsində dəstə üzvlərinin 4 ayrı cinayət əməlinə qarışdıqları müəyyən edilib.

Araşdırmalardan sonra bu sabah şübhəlilərə qarşı eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat zamanı 5 şübhəli yaxalanaraq saxlanılıb.

Mövzuya görə xəbərlər