BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Ankara və Bağdad arasındakı strateji əməkdaşlığın gələcək addımları müzakirə olunub.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə İraqın xüsusilə ticarət sahəsində əlaqələri inkişaf etdirmək üçün qətiyyətli olduqlarını bildirib. O vurğulayıb ki, iki ölkə arasında iqtisadi tərəfdaşlıqla yanaşı, terrorizmlə mübarizədə koordinasiyanın gücləndirilməsi hər iki dövlətin milli maraqlarına və regional təhlükəsizliyə birbaşa xidmət edir.
Xüsusilə "İnkişaf Yolu" (Development Road) layihəsi çərçivəsində tərəflərin iqtisadi inteqrasiyanı sürətləndirmək niyyətində olduqları qeyd edilib. Görüşdə həmçinin sərhəd təhlükəsizliyi və regional münaqişələrin həlli yolları da müzakirə edilib.