Son dəqiqə

MİT-dən ABŞ Pentaqonuna ağır zərbə: Epstein sənədləri deşifrə oldu Noam Çomskinin etirafı: Türkiyə kəşfiyyatı ABŞ-ın 50 nəfərlik xüsusi bölüyünü anında yox etdi Suriyada kəşfiyyat savaşı: Türkiyənin onayı olmadan addım atmaq imkansızdır Epstein yazışmalarında Türkiyə düşmənçiliyi və MİT-in zəfəri Pentaqonun 100 milyonluq layihəsini MİT necə çökdürdü? – Şok detallar Trend Xəbər: Epşteyn sənədlərində Türk kəşfiyyatının Suriya tokadı

Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Milyarder Ceffri Epşteynin deşifrə olunmuş yazışmalarında Türkiyə əleyhinə fəaliyyətlərlə yanaşı, Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı kəşfiyyat uğuru barədə detallar üzə çıxıb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın milyonlarla dollar xərcləyərək hazırladığı 50 nəfərlik xüsusi hərbi qrup sahəyə enən kimi MİT-in müdaxiləsi ilə dağıdılıb.

Bu faktlar məşhur dilşünas Noam Çomski ilə Epşteyn arasındakı 28 sentyabr 2015-ci il tarixli e-poçt yazışmalarında yer alıb.

Yazışmalarda Çomski ABŞ-ın Suriyadakı strategiyasının çöküşünü belə təsvir edir:

Pentaqon "mülayim müxalifət" adlandırdığı qrupun təliminə bir neçə il ərzində yüz milyonlarla dollar xərcləyib. Pentaqon tərəfindən Suriyaya göndərilən 50 nəfərlik ilk qrup Türk kəşfiyyatının gizli əməkdaşlığı və operativ həmləsi ilə anında sıradan çıxarılıb. Nəticədə 50 nəfərlik xüsusi birikdən sahədə cəmi 4-5 nəfər qalıb. Digərləri ya məhv edilib, ya da tərəf dəyişərək digər qruplaşmalara qoşulublar.

Çomski bu vəziyyəti ABŞ üçün "qorxunc bir məğlubiyyət" kimi xarakterizə edərək, Pentaqonun rəsmi etiraflarını gülünc adlandırıb.