Son dəqiqə

Diyarbakırda Polis İdarəsinə partlayıcı hücum Diyarbakır Valiliyi polis binası önündəki hücumla bağlı açıqlama verdi Diyarbakırda maskalı şəxslər polis binası yaxınlığında partlayıcı atdı Diyarbakırda təhlükəsizlik qüvvələrinə qarşı təxribat Polis binası qarşısında partlayıcı: şübhəlilər qaçdı Diyarbakırda polis idarəsi önündə hücum araşdırılır

Diyarbakırda Polis İdarəsinə hücum edilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Diyarbakır şəhərində Rayon Polis İdarəsinin əsas xidmət binası qarşısında partlayıcı maddə atılması faktı qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Diyarbakır Valiliyinin yaydığı rəsmi məlumata əsasən, 25 yanvar 2026-cı il tarixində saat 20:15 radələrində Rayon Polis İdarəsinin vətəndaş girişinin yerləşdiyi yol hissəsinə əl istehsalı partlayıcı atılıb. İlkin araşdırma zamanı hadisədən dərhal sonra üzləri maskalı iki nəfərin əraziyi tərk edərək ara küçələrə qaçdığı müəyyən edilib.

Valiliyin açıqlamasında bildirilib ki, hadisə yerində mütəxəssis qruplar tərəfindən aparılan yoxlamalar nəticəsində partlayıcının hər hansı maddi ziyan və ya xəsarət törətmədiyi müəyyən olunub. Təhlükəsizlik qüvvələri hadisəni törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Rəsmi qurumlar ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və ictimai asayişin tam təmin olunduğunu açıqlayıb.