Son dəqiqə

Prezident Ərdoğan İran prezidenti ilə telefonla danışdı Türkiyə və İran liderləri regional məsələləri müzakirə etdi Ərdoğan: Türkiyə İranda sabitliyə böyük önəm verir Ankara–Tehran xəttində diplomatik təmas Ərdoğan və Pezeşkian arasında telefon danışığı Türkiyə Prezidenti regional gərginliklə bağlı mövqeyini açıqladı

Prezident Ərdoğan İran prezidenti ilə regional məsələləri müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyə–İran ikitərəfli münasibətlərini, həmçinin regional məsələləri müzakirə ediblər. Prezident Ərdoğan İranda baş verən prosesləri diqqətlə izlədiklərini vurğulayaraq, Ankaranın bu ölkədə sülh və sabitliyə böyük əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, Türkiyə heç vaxt xarici müdaxilə ssenarilərinə müsbət yanaşmayıb.

Türkiyə Prezidenti regionda mövcud problemlərin dialoq yolu ilə həll edilməsinin və gərginliyin qarşısının alınmasının Türkiyənin milli maraqlarına cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, sabitliyin qorunması həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.