Türkiyə İsrailin UNRWA binasına əl qoymasını kəskin şəkildə qınadı Ankara: İsrail BMT toxunulmazlığını pozur Türkiyədən Şərqi Qüdsdəki basqına sərt reaksiya Турция резко осудила изъятие Израилем здания ООН в Восточном Иерусалиме Анкара: Израиль нарушил неприкосновенность объектов ООН Турция требует мер против незаконных действий Израиля Türkiye condemns Israel’s seizure of UNRWA building in East Jerusalem Ankara: Israel violates UN diplomatic immunity Turkey urges global action against Israel’s unlawful steps

Türkiyə İsrailin BMT binasını müsadirə etməsinə münasibət bildirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə İsrailin işğal altındakı Şərqi Qüdsdə yerləşən BMT-nin UNRWA binasına basqın edərək onu müsadirə etməsini kəskin şəkildə pisləyib. Ankara bu addımı “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi xarakterizə edib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, İsrailin diplomatik toxunulmazlığı olan bir BMT binasına müdaxilə edərək onu müsadirə etməsi yolverilməzdir və beynəlxalq hüquq çərçivəsində məsuliyyət yaradır. Nazirlik əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli rəyinə əsasən, İsrail işğalçı tərəf olaraq UNRWA-nın fəaliyyətinə mane olmamaq, əksinə, onun işini asanlaşdırmaq öhdəliyinə malikdir.

Ankara vurğulayıb ki, UNRWA-nın fəaliyyəti fələstinli qaçqınlara dəstək verən, onların geri dönüş hüququnu qoruyan mexanizmdir. Nazirlik beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq hüquqa zidd addımlarına qarşı İsrailə təzyiq göstərməyə və UNRWA-ya dəstəyi gücləndirməyə çağırıb.