Son dəqiqə

Türkiyə Məhkəmə Antalya Türkiyə Daxili İşlər Nazirliyi həbs həbs qərarı Antalya Təhlükəsizlik İdarəsi İlker Arslan

Antalya Təhlükəsizlik İdarəsinin rəisi həbs edildi

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Antalya Təhlükəsizlik İdarəsinin rəisi İlker Arslan həbs olunub.

TurkicWorld-un məlumatına görə, istintaq çərçivəsində saxlanılan Arslan məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən kənarlaşdırılan Arslan barəsində “rüşvət almağa vasitəçilik etmək”, “dələduzluq” və “qanunsuz gəlir əldə etmək” ittihamları ilə istintaq aparılırdı. Onun saxlanılması qərarı Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan rüşvət və korrupsiya araşdırması çərçivəsində verilmişdi.

Mövzuya görə xəbərlər