Son dəqiqə

Azərbaycan Türkiyə FETÖ Birol Akgün

15 iyul Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir - Birol Akgün

BAKI,TurkicWorld

FETÖ tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bunu 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Onun sözlərinə görə, 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir.

Səfir qeyd edib ki, bu hücumun qarşısının alınmasında ən böyük pay dövlət və millət naminə canını fəda etməyə hazır olan Türkiyə xalqına məxsusdur:

"Zəfərin adı Türkiyədir. Can Azərbaycanın göstərdiyi güclü dəstəyi də xüsusi olaraq xatırlatmaq istəyirəm".

Birol Akgün əlavə edib ki, Türkiyə artıq 9 ildir FETÖ ilə mübarizə aparır:

"Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəmizi qətiyyətlə davam etdirəcəyik".

Mövzuya görə xəbərlər