Son dəqiqə

Türkiyədə binada partlayış baş verib - yaralılar var

BAKI, TurkicWorld

Türkiyənin Zonguldak vilayətində yerləşən bir binada partlayış baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Hadisənin səbəbi təbii qaz sızması kimi qiymətləndirilir. Bütün yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.