Son dəqiqə

Azərbaycan Türkiyə Rəcəb Tayyib Ərdoğan 28 May- Müstəqillik Günü

Türkiyə lideri Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edib

BAKI,TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan X sosial media hesabından paylaşım edib.

"Azərbaycanın müstəqilliyinin müdafiəsi yolunda həyatlarını təhlükəyə atmış, müstəqillik və gələcək uğrunda şərəfli mübarizəmizə öz şəhidlikləri ilə tac qoyan bütün qəhrəmanlarımızı yad edirəm" - deyə Ərdoğan bildirib.

Bu təbrik mesajı, Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət" anlayışı çərçivəsində qardaşlıq münasibətlərini bir daha nümayiş etdirib.

Mövzuya görə xəbərlər