Bakı, TurkicWorld
Türkiyənin Prezidentin İctimaiyyətlə Əlaqələr İdarəsi Dezinformasiyayla Mübarizə Mərkəzi (DMM), bəzi media orqanlarında yer alan "Milli Müdafiə Nazirliyinin (MSB) sentyabr ayında etdiyi satınalma üçün türk firmasının tenderə qatılmasına mane olaraq, İsrailli firmaya üstünlük verdiyi" iddiasının doğru olmadığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, açıqlamada, Türkiyənin İsraillə bağlı ixrac və idxal əməliyyatlarını 2 may 2024-cü ildən etibarən bütün məhsulları əhatə edəcək şəkildə tamamilə dayandırdığı bildirilib.
Həmçinin açıqlamada deyilib:
"Hərbi Hava Qüvvələrinin ehtiyacı olan F-4 təyyarələrinin soyutma mayesinin təmin edilməsi üçün dəfələrlə tender açılmasına baxmayaraq, təklif gəlmədiyindən tədarük reallaşmayıb.
Milli Müdafiə Nazirliyi yalan xəbərlə bağlı hüquqi prosedur başladıb. İctimaiyyəti manipulyasiya etmək məqsədi güdən əsassız iddialara etibar etməyin."