Son dəqiqə

Azərbaycan Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan şəhid olan Azərbaycan əsgərlərinin ailələri ilə görüşüb

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgərlərinin ailələri ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Universitetinin (MSÜ) Hərbi Akademiyasının Diplom və Bayraq Təqdimetmə Mərasimindən sonra keçirilən yığıncaqda prezident Ərdoğan Azərbaycan şəhidlərinin ailələrini Prezident Kompleksində 30 Avqust Zəfər Gününə həsr olunmuş xüsusi konsertə dəvət edib.

Ərdoğan görüşdən sonra şəhid ailələri ilə xatirə şəkli çəkdirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər