Son dəqiqə

Türkiyə yanğın

Türkiyədə yaxta zavodunda yanğın hadisəsi baş verib

Bakı, TurkicWorld

Türkiyənin Bursa şəhərində yaxta istehsal edən zavodda yanğın baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, zavodun kimyəvi maddələr yerləşən deposunda baş verən yanğın qısa müddət ərzində yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən cəlb olunub. Hazırda yanğınla mübarizə davam edir.

Mövzuya görə xəbərlər