Son dəqiqə

Xarici İşlər Nazirliyi Hakan Fidan

Hakan Fidan Ərəb Liqasının baş katibi ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Misirdəki rəsmi təmasları çərçivəsində Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Ebu Qayt ilə Alemeyn şəhərində görüşüb.

TurkicWorld xəbər verir ki, Fidan həmkarı Bedr Abdulatinin dəvəti ilə getdiyi Misirdə təmaslarını davam etdirir.

Nazir Alemeyn şəhərində Ərəb Liqasının baş katibi Əhməd Ebu Qayt ilə görüşüb.

Həmçinin Fidan prezident Əbdülfəttah əs-Sisi tərəfindən qəbul ediləcək və Misirin xarici işlər naziri Bədr Abdelatti ilə görüşəcək.

Mövzuya görə xəbərlər