Bakı, TurkicWorld
Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek Türkiye Büyük Millet Meclisində (TBMM) vergi tənzimləmələrini müəyyən edən qanunun qəbulu ilə bağlı açıqlama verib.
TurkicWorld xəbər verir ki, bu barədə o sosyal medya hesabındakı paylaşımında bildirib.
Şimşek açıqlamasında, vergilərdə ədalətli sistem olduğu mesajını verərək, əsas məqsədin çox qazanandan çox, az qazanandan isə daha az vergi toplamaq olduğunu vurğulayıb.
O, sosial media hesabındakı paylaşımında "Vergi qaydalarını müəyyən edən qanun Ali Məclisimizdə qəbul edilmişdir. Vergilərdə ədalət və səmərəliliyin artırılmasını və kölgə iqtisadiyyatına qarşı mübarizəni nəzərdə tutan bu qanun vətəndaşlarımızın üzərinə heç bir əlavə yük yükləmir. Məqsədimiz çox qazanandan çox, az qazanandan isə daha az vergi toplamaqdır. Vergi gəlirlərinin yaxşılaşmasının nəticələrini vətəndaşlarımızın rifahı və ölkəmizin sabitliyi üçün məhsuldar şəkildə istifadə ertməyə çalışacağıq", - deyə bildirib.