Bakı, TurkicWorld
Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılan YPG terrorçuları ABŞ və Fransanın onlara təlim keçdiyini etiraf ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Saxlanılan terrorçular Suriyanın Haseke şəhərindəki ABŞ bazasında təlim keçdiklərini və ABŞ hərbçiləri tərəfindən onlara texniki cihazlarla bağlı təlim keçirildiyini etiraf ediblər.
Bundan başqa, Fransa və ABŞ-nin Suriyada YPG-yə birgə təlim keçdiyi düşərgənin olduğu qeyd edilib.