Son dəqiqə

Türkiyə Estoniya

Türkiyə regionumuzun təhlükəsizliyinə böyük töhfə verir – Estoniya

Bakı.TurkicWorld :

Estoniya prezidenti Alar Karis ölkəsinin Türkiyənin Avropa Birliyinə üzvlük prosesini dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini ifadə edib.

TurkicWorld xəbər verir ki, Karis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident Külliyesində keçirilən birgə mətbuat konfransında danışıb.

O Türkiyənin AB qonşuluq təhlükəsizliyi üçün strateji baxımdan çox əhəmiyyətli olduğunu bildirib.

Türkiyə və Estoniyanın iki NATO müttəfiqi olduğunu xatırladan Karis, “Türkiyənin bölgəmizin və NATO daxilində təhlükəsizliyə verdiyi töhfə bizim üçün böyük əhəmiyyət kəsb edir” – deyə vurğulayıb.

O Türkiyə ilə ölkəsinin həm yaxşı, həm də pis gündə bir-birini dəstəkləməyə davam etdiyini qeyd edib.

Estoniyanın İstanbulda ilk konsulluğunu 1929-cu ildə açdığına və iki ölkənin tarixən yaxşı münasibətlərə malik olduğuna diqqət çəkən Karis Türkiyənin Estoniyanın sovet işğalını tanımadığını bildirib.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələlərdən sonra Hataya axtarış-xilasetmə qrupu göndərdiklərini xatırladan Karis, iki ölkənin həm milli, həm də regional səviyyədə əməkdaşlığının davam etdiyini əlavə edib.

Mövzuya görə xəbərlər