Bakı, TurkicWorld:
Türkiyə Ticarət naziri Ömər Bolat Makedoniya-Türkiyə Ticarət Palatası nümayəndələri ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Ömər Bolat sosial media hesabında paylaşım edib.
O, Türkiyə ilə Makedoniya arasında iki ölkənin tarixi bağlarına əsaslanan güclü əlaqələrin ticarət və investisiya sahəsində mühüm addımlar atmalarını asanlaşdırdığını vurğulayıb.
“Yol xəritəsi olaraq xidmət ticarətinə diqqət yetirməyi təyin etdik”, – deyə Bolat bildirib.