Türkiyə 185 ölkəyə müdafiə sənayesi məhsulu ixrac edir - Ərdoğan

Türkiyə 185 ölkəyə müdafiə sənayesi məhsulu ixrac edir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə 185 ölkəyə müdafiə sənayesi məhsulu ixrac edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İxrac olunan məhsullarımızın çeşidi 230-a çatıb. 2012-ci ilə qədər 50 ölkə üçün 770 İHA müqaviləsi, 2023-cü ildə 1,8 milyard dollar dəyərində İHA ixracı, 110-dan çox ölkəyə yüksək keyfiyyətli yüngül silah və tapança ixracı edilib.” – deyə o bildirib.

Ərdoğan qeyd edib ki, müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfinə çatana qədər yorulmadan mübarizə aparacağıq.

Hafiz Rufizoğlu