Türkiyə milli gəliri 1,1 trilyon dolları ötüb - Ərdoğan

Türkiyə milli gəliri 1,1 trilyon dolları ötüb - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə milli gəliri 1,1 trilyon dolları ötüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz regional böhranları idarə edərkən, iqtisadi yol xəritəmizə də ciddi şəkildə riayət edirik. 2023-cü ili 4,5 faiz artımla bağladıq. Milli gəlir 1,1 trilyon dolları ötüb. Adambaşına düşən milli gəlir 13 min dollardan çoxdur.”- deyə o bildirib.

Ərdoğan yanvar-mart aylarında ixracat artımının 3,6 faiz, mart ixracatının isə 22 milyard 578 milyon dollar olduğunu qeyd edib.

Hafiz Rufizoğlu