Türkiyə İsrailə ixrac məhdudiyyətlərini genişləndirib

Türkiyə İsrailə ixrac məhdudiyyətlərini genişləndirib

Bakı. TurkicWorld:

Türkiyə Ticarət Nazirliyi tərəfindən 9 aprel 2024-cü il tarixində saat 09:00-dan etibarən İsrail ilə ixrac məhdudiyyətlərinə məruz qalan 54 məhsul qrupunda 1019 adda məhsul üçün gömrükdə ixrac qeydiyyatı aparılmır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

"Bundan əlavə, sözügedən 1019 məhsulun hətta anbarlar, sərbəst zonalar, müvəqqəti saxlama yerləri və tranzit ticarəti vasitəsilə İsrailə göndərilməsi də bu məhdudiyyətə daxildir. Belə olan halda, məhdudiyyət qərarının qəbul edildiyi 9 aprel 2024-cü il tarixindən əvvəl gömrük qeydiyyatına alınmış və ixracı qadağan edilmiş hər hansı məhsulun ölkədən çıxarılmasının simulyasiyasına cəhd yalnız beynəlxalq xarici ticarət, gömrük rəsmiləşdirilməsi və logistika qanunvericiliyinin məlumatsızlığı ilə izah edilə bilər", - deyə məluatda vurğulanıb.

Məlumatda o da bildirilib ki, Türkiyə Cümhuriyyəti ilk gündən hər sahədə, hər platformada bir yerdə olduğu Fələstinin yanında olmağa davam edəcək.

Qeyd edək ki, İsrail Türkiyənin İordaniya üzərindən Qəzzaya hava yardımı göndərilməsi tələbini rədd etdikdən sonra Türkiyə Ticarət Nazirliyi 54 məhsul üzrə İsrailə ixracı məhdudlaşdırıb.

X: Lamanasadli01