Antalyadakı kanat qəzasının səbəbi məlum olub

Antalyadakı kanat qəzasının səbəbi məlum olub

Bakı,TurkicWorld

Qəzanın səbəbi dirəyin üzərindəki vintin qırılmasıdır.

TurkicWorld xəbər verir ki,bu sözləri AFAD Prezidenti Okay Memiş Antalyada baş verən kanat qəzası ilə bağlı açıqlamasında vurğulayıb.

“Təxminən 90 nəfər olmaqla 174 vətəndaşımızın hamısı Hərbi Hava Qüvvələrimizin və Sahil Mühafizəsi komandanlığının helikopterləri tərəfindən, qalan qruplar isə yerdən müdaxilə edilərək xilas edilib” deyə Memiş çıxışında deyib.

Qeyd edək ki,Antalyanın Konyaaltı rayonunda kabinənin çökərək kanat dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.Qəzadan sonra kanatda sıxışan 174 vətəndaşın xilas edilib.