KKTC-nin məruz qaldığı iqtisadi təcrid beynəlxalq hüquqa ziddir - Bolat

KKTC-nin məruz qaldığı iqtisadi təcrid beynəlxalq hüquqa ziddir - Bolat

Bakı. TurkicWorld:

Şimali Kipr Türk Respublikası və Kipr türklərinin məruz qaldığı iqtisadi təcrid beynəlxalq hüquqa ziddir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömər Bolat Şimali Kiprin iqtisadiyyat və energetika naziri Olgun Amcaoğlu ilə telefon danışığı zamanı bildirib.

"Ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin Şimali Kipr iqtisadiyyatının məruz qaldığı ədalətsiz təcriddən azad edilməsində və iqtisadiyyatının inkişafında mühüm rol oynayacağında həmfikirik. Biz hüquqa zidd olan bu təcridi əvvəlki kimi bütün beynəlxalq platformalarda səsləndirməyə və KKTC xalqının rifahı üçün çalışmaqda davam edəcəyik”, - deyə nazir Bolat vurğulayıb.

X: Lamanasadli01