Türkiyə Qətərlə iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır

Türkiyə Qətərlə iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır

Bakı,TurkicWorld

Türkiyənin ticarət naziri Ömər Bolat ilə Qətərin sənaye və ticarət naziri Şeyx Məhəmməd bin Həməd bin Qasım Əl-Abdullah Al Tani arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, nazir Bolat bu barədə X sosial media hesabında paylaşım edib.
Ö.Bolat Qətərli həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.

"Danışıqlar zamanı ölkələrimiz arasındakı iqtisadi və ticari əlaqələri, regional və qlobal inkişafları qiymətləndirdik. Qətərli həmkarımla əlaqələrimizi daha da dərinləşdirmək üçün razılaşdıq",- deyə o əlavə edib.