Yaşar Gülər ​​ABŞ Nümayəndələr Palatasının heyətini qəbul edib

Yaşar Gülər ​​ABŞ Nümayəndələr Palatasının heyətini qəbul edib

Bakı, TurkicWorld:

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qəbulda ABŞ-ın Ankaradakı səfiri Cef Fleykin də olduğu qeyd edilib.

Qeyd edək ki, görüşdə ikitərəfli hərbi əlaqələrin gündəmində olan terrorla mübarizə və F-16 tədarükü məsələlərinin müzakirəsi gözlənilir.

X: Lamanasadli01